• $
  • €
  • ₽
  • ₺
  • £

Payızlıq və yazlıq dənli bitkilərin əkin sahələrindən 3,2 mln. ton məhsul yığılıb

Payızlıq və yazlıq dənli bitkilərin əkin sahələrindən 3,2 mln. ton məhsul yığılıb
07.08.2019 20:00
2019-cu il avqust ayının 5-nə olan məlumata əsasən payızlıq və yazlıq dənlilər və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 1039,5 min hektar sahənin 1026,5 min hektarı və yaxud 98,7%-i biçilərək məhsulu yığılıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, toplanan məhsul 3218,0 min ton təşkil edib və məhsuldarlıq 31,4 sentnerə bərabər olub. Yığılan məhsulun 2167,1 min tonu və yaxud 67,4%-i buğda, 1014,9 min tonu (31,5%-i) arpa, 36,0 min tonu (1,1%-i) digər dənlilər və dənli paxlalı bitkilərdir.

Ölkənin 22 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. 33 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0%-dən çoxu biçilib, digərlərində isə biçinin aparılma səviyyəsi 90%-dən aşağı olub.

25 rayon üzrə dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin məhsuldarlığı ölkə üzrə orta göstəricidən yuxarı olub. Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 43,1 sentner), Saatlı (müvafiq olaraq 41,4), Sabirabad (39,8), Tərtər (38,8), Ağdam (38,4), Salyan (38,0), İmişli (37,2),  Ağcabədi (36,1), Cəlilabad (35,0) və İsmayıllı (34,8) rayonlarında olub.

Dənlilərin və dənli paxlalı (qarğıdalısız) bitkilərin digər rayonlara nisbətən daha yüksək istehsalı Şəki şəhərində (235,9 min ton), Cəlilabad (237,7 min ton), Kürdəmir (162,0 min ton), Ağsu (116,7 min ton), Füzuli (115,0 min ton), Neftçala (112,1 min ton), Ağcabədi (105,3 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (109,8 min ton) müşahidə olunub. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol