• $
  • €
  • ₽
  • ₺
  • £

Artıq işçilərin xoşbəxtlik səviyyəsini ölçmək olacaq!

Artıq işçilərin xoşbəxtlik səviyyəsini ölçmək olacaq!
07.08.2019 17:45
Öz strategiyasında korporativ mədəniyyətin inkişafına böyük əhəmiyyət verən "Bank Respublika” Azərbaycanda ilk dəfə olaraq əməkdaşları arasında dünyaca məşhur "Happyforce” platformasını tətbiq etməyə başlayıb.

Happyforce - əməkdaşların xoşbəxtlik dərəcəsini ölçməyə imkan verən daxili ünsiyyət kanalıdır. Bu platforma vasitəsilə əməkdaşlar əhvalına uyğun səs verə və şərhlərini real vaxtda və anonim şəkildə paylaşa biləcəklər.

Platformanı işçilər arasında tətbiq etməklə Bank, gündən-günə sayı artan əməkdaşları arasında korporativ mədəniyyət və iş mühitinin daha da yaxşılaşdırmağı planlaşdırır.

"Happyforce platformasının yaranmasından bu günə qədər, təxminən 4 il ərzində, dünyanın bir çox ölkələrində müxtəlif sahələr üzrə fəaliyyət göstərən yüzlərlə təşkilatla görüşmüşəm. Təcrübəmə əsasən əminliklə deyə bilərəm ki, uğurunun əsasını dürüstlük, şəffaflıq və açıq ünsiyyət təşkil edən, müştəriləri qədər işçilərinə dəyər verən təşkilatların sayı çox azdır. Bu səbəbdən, belə bir təşkilatla qarşılaşdıqda sevinc və fərəh hissi keçiririk. Bank Respublikanın bu hərəkata qoşulan, komanda və insanları idarə etmək üçün innovativ və humanist yanaşmaları tətbiq edən həmin təşkilatlardan biri olması ilə fəxr edirik” – deyə Happyforce şirkətinin Baş İcraçı Direktoru Alex Rios bildirib. 

"Bank Respublika olaraq müştərilərimiz və tərəfdaşlarımızla yanaşı, əməkdaşlarımızın da məmnuniyyətinin daima qayğısına qalmağa çalışırıq. Happyforce platformasının tətbiqində başlıca məqsədimiz əməkdaşlarımız üçün daha yaxşı iş şəraiti və şərtlərinin məhz onların təşəbbüs və təklifləri əsasında qurulmasıdır. Əməkdaşlarımızı dinləmək, problem və ya çətinliklərinin həlli istiqamətində zəruri addımları atmaq, ideya və təşəbbüslərini dəyərləndirməklə onların xoşbəxtliyini təmin etmək əsas hədəflərimizdən biridir”- deyə, bankın İnsan Resursları Departamentinin direktoru İlkin Zeynallı bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol