• $
  • €
  • ₽
  • ₺
  • £

Payızın ilk ayının HAVA PROQNOZU

Payızın ilk ayının HAVA PROQNOZU
29.08.2014 19:00
Sentyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verib.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-24 dərəcə isti (gecələr 19-24, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 33-35 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-23 mm) olacağı gözlənilir.Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-23 dərəcə isti (gecələr 16-21, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-35 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 7-13 mm) olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarındaOrta aylıq temperaturun 14-18 dərəcə isti (gecələr 11-16, gündüzlər 19-24 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-50 mm) olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındaOrta aylıq temperaturun 20-22 dərəcə isti (gecələr 15-20, gündüzlər 23-28, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 17-44 mm) olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarındaOrta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 20-25, ayın birinci yarısında bəzi günlərdə 28-32 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-120 mm) olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaOrta aylıq temperaturun 21-24 dərəcə isti (gecələr 18-23, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-37 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 14-38 mm) olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarındaOrta aylıq temperaturun 20-23 dərəcə isti (gecələr 15-20, gündüzlər 25-30, ayın birinci yarısında bəzi günlərdə 32-34 dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 50-199 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol