• $
  • €
  • ₽
  • ₺
  • £

Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır

Əlilliyi olan şəxslər üçün yeni elektron sistem yaradılır
09.08.2019 23:00
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində "Reabilitasiya” altsistemi yaradılır.

Nazirlikdən Lent.az -a bildirilib ki, altsistem nazirliyin reabilitasiya müəssisələri ilə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK) əlaqəli fəaliyyətinin qurulması üçün onlar arasında e-formada məlumat mübadiləsinə şərait yaradacaq.

Əlilliyi olan şəxslərin reabilitasiya müəssisələrinə qəbulu da TSEK-lər tərəfindən altsistemə daxil edilən göndərişlər əsasında aparılacaq. Bu da əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri üçün daha rahat və asan şəkildə müraciət imkanlarına malik olmasına, bərpa müəssisələrinə qəbul üzrə növbəliliyin e-qaydada və şəffaf, obyektiv aparılmasına, bu sahəyə nəzarətin də daha təkmil qurulmasına imkan verəcək.

Bərpa müalicəsinə qəbul edilmiş şəxslərlə bağlı tətbiq edilən reabilitasiya tədbirləri, bu tədbirlərin nəticələri də "Reabilitasiya” altsisteminə daxil ediləcək. Həmin nəticələr onlayn rejimdə TSEK-lərə göndəriləcək və fərdi reabilitasiya proqramının icrası çərçivəsində TSEK-lərin həmin məlumatlar əsasında müvafiq qərar verməsi mümkün olacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol