• $
  • €
  • ₽
  • ₺
  • £

Tahir və Tolik — YAP-çı deputatdan heyrət doğuran hərəkət - FOTOLAR+SƏS YAZISI

Tahir və Tolik — YAP-çı deputatdan heyrət doğuran hərəkət - FOTOLAR+SƏS YAZISI
10.08.2019 10:23

Hərdən Milli Məclisin bəzi üzvləri çaşıb düz söz deyəndə, çox ümidlənmişik, düşünmüşük ki, deyəsən bunlar doğrudan da millət vəkili olmaq, xalqın sözünü demək istəyirlər. Lakin çox keçmədən ya dediklərini təkzib ediblər, ya da söylədiklərinin tam əksini sübut edən əməllər törədiblər…

Cəmi ikicə gün əvvəl Yeni Azərbaycan Partiyasından seçilmiş deputat Tahir Rzayevmətbuata açıqlamasında YAP-ın sıralarına ağına-bozuna baxmadan kimin gəldi qəbul edilməsindən gileylənmişdi. Və misal kimi cinsi azlıqların nümayəndəsi hesab etdiyi Toliki göstərmişdi.

Sitat: "Axı Tolikin YAP-da nə işi var? Bəlkə Tolikin başı xarab olub, onun ətrafına baxılmalıdır. Onunla eyni partiyada təmsil olunmaq şəxsən mənə pis gəlir. Sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram. Bu təkcə partiyanın adına xələl gətirmir, həmin adamların öz adlarına da xələl gətirə bilər…”

Bu gün isə sosial şəbəkələrdə YAP-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyilə birgə keçirdiyi tədbirdən yayılan fotolara rast gəldik. Və bir daha şahidi olduq ki, bəzi deputatların "ipinin üstünə odun yığmaq” olmaz və bunların əksəriyyətilə "ingilis bayrağı” da bacarmır, çünki onun cəmi iki üzü var…

Aşağıdakı fotoya fikir verin, "sabah Toliklə partiyanın təşkil etdiyi hər hansı tədbirdə üz-üzə gəlsəm, əlbəttə ki, bundan pis olaram” deyən Tahir Rzayev, həmin sözündən cəmi 2 gün sonra Toliklə yan-yana durub, hələ qoluna da girib fəxrlə şəkil çəkdirir. Özü də əvvəl dediyi kimi, heç də "bundan pis olan” adama yox, əksinə, fəxarət hissi keçirənə bənzəyir. İndi "axı Tolikin YAP-da nə işi var” deyən deputatdan soruşan lazımdır ki, bəs sənin Tolikin yanında nə işin var?

Görəsən bu 2 gündə nə oldu, nə dəyişdi? Bəlkə Tolik "haqq yoluna” qayıdıb və depuat da bundan dərhal xəbər tutub? Yoxsa 2 gün əvvəl cəmiyyətə əxlaq, adət-ənənə dərsi keçən, Tolikin bizim mentalitet üçün yad sima olduğunu bildirən hörmətli deputatımız onun qoluna girməzdi, qətiyyən! Özü demişkən, adına xələl gətirədi axı! Bizdədə ki, Allah eləməsin, adamın adına söz çıxdı, vəssalam! Ancaq görünür, Siyavuş Novruzovla Eldar İbrahimovun da Tolikin yanında durduğunu görəndən sonra kişi ürəklənib…

Zarafat bir tərəfə, təbii ki, kiminsə cinsi orientasiyasını müzakirə etməkdən uzağıq. Ancaq dünən cinsi azlıq hesab edib bəyənmədiyi adamın qabağından bu gün kimlərinsə danlağından sonra qaçan, az qala onunla qucaqlaşmağa, ona sarılmağa hazır olan bir deputatdan nə gözləmək olar?

Bu mənzərə həm də başqa bir sual doğurur – görəsən daha çox kim kimin yanında durmağa layiq deyil, Tolik deputatın, yoxsa deputat Tolikin?
 
(AzPolitika.info)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol