• $
  • €
  • ₽
  • ₺
  • £

Dənizdə batan 4 uşaq qardaş övladları imiş…

Dənizdə batan 4 uşaq qardaş övladları imiş…
11.08.2019 12:14
Nardaran çimərliyində 4 uşağın batması ilə nəticələnən faciənin təfərrüatları məlum olub.
Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi Aqşin Əlili "Qafqazinfo”ya açıqlamasında bildirib ki, batan uşaqlar iki qardaşın övladları olub.
Qardaşlardan birinin iki qızı, digərinin isə qızı ilə oğlu boğulub. Onlardan 3-nün cəsədi sudan çıxarılıb, Cəfərzadə Zeynəbin meyitinin axtarışları isə davam etdirilir.
Məlumata görə, həmin gün Ramin Cəfərzadə həyat yoldaşıyla birgə dənizə gedərkən öz uşaqlarından başqa, qardaşı övladlarını da aparıb. Ramin də uşaqlarla birgə suda boğulurmuş. Lakin ətrafdakılar onu sudan çıxararaq ölümdən xilas edib. Bu zaman dənizin içində olan uşaqlar isə boğularaq ölüblər.
Qurum rəsmisinin sözlərinə görə, onlar Nardaran Sulardan Xilasetmə məntəqəsindən 3 km aralıda, nəzarətsiz ərazidə çimərkən batıblar.
Aqşin Əlili xəbərdarlıq edib ki, vətəndaşlar "Çimmək qadağandır” lövhələri vurulmuş çimərlikdə dənizə girməsinlər, uşaqları dənizə nəzarətsiz buraxmasınlar.
Qeyd edək ki, hadisə ötən gün Bakının Nardaran çimərliyində qeydə alınıb. Hadisə nəticəsində 12 yaşlı Cəfərova Mənsumə Əsəd qızı və 11 yaşlı qardaşı Əlirza, 8 yaşlı Cəfərzadə Leyla Ramin qızı və 10 yaşlı bacısı Zeynəb suda boğularaq ölüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol