• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlik üç günün hava proqnozunu açıqlayıb

Nazirlik üç günün hava proqnozunu açıqlayıb
29.05.2020 03:22
Yaxın iki-üç gün ərzində hava şəraiti nisbətən mülayim keçəcək. Lakin  bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü külək gözlənilmir.
Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin veridiyi məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Sürəti saniyədə 3-8, arabir 10 metr olan şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-31° isti olacağı ehtimal edilir.
Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Avqustun 14-də hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı proqnozlaşdırılır. Sürəti saniyədə 3-8 metr olan zəif şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi (saniyədə 5-10, arabir 12-14 metr) əsəcək. Havanın temperaturunun gecə 21-24°, gündüz 28-33° isti olacağı bildirilir.
Avqustun 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyinin sürəti saniyədə 7-12, arabir 15-18 metr olacaq. Havanın temperaturunun gecə 20-24°, gündüz 29-31° isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın əksər rayonlarında avqustun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, sürəti saniyədə 5-10 metr olacaq. Havanın temperaturunun gecə 20-25°, gündüz 32-37°, dağlarda gecə 13-18°, gündüz 22-26° isti olacağı bildirilir.
Avqustun 14-15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Sürəti saniyədə 5-10, ayrı-ayrı yerlərdə arabir 15-18 metr olan şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38°, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol