• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağlı “Rəşid Cambulski”yə qarşı “Putin qanunu” tətbiq edildi – VİDEO

Qarabağlı “Rəşid Cambulski”yə qarşı “Putin qanunu” tətbiq edildi – VİDEO
29.05.2020 10:16
Tatarıstanın Kazan şəhərində 53 yaşlı "vor zakon” Rəşid Xaçatryana (Cambulski) qarşı Rusiyada bu yaxınlarda prezident Vladimir Putinin təşəbbüsü ilə qəbul edilmiş və "vor zakon” statusu daşımağa görə cinayət məsuliyyətini nəzərdə tutan qanun tətbiq edilib. Virtualaz.org xəbər verir ki, bu haqda Tatarıstan Daxili İşlər Nazirliyi bildirir.

Xəbərə görə "Rəşid Cambulski” Tatarıstanın Çistopolks rayonunda kriminal nəzarətini təmin etmək üçün mütəşəkkil cinayətkar qruplaşma yaradıb. O, qruplaşmanın digər üzvləri ilə birlikdə biznesmenlərdən pul tələb edib alıb, pulların bir hissəsi şəxsən "Cambulski”yə çatıb. Dəstənin milyonlarla rubl ələ keçirdiyi bildirilir. "Rəşid Cambulski” və adamları SOBR xüsusi təyinatlılarının iştirakı ilə yaxalanıblar.


Kriminal avtoritetin polisdə dindirmə zamanı çəkilmiş videokadrları da yayımlanıb. Əməliyyatçılar tərəfindən sorğu-sual edilən "Rəşid Cambulski” deyir ki, 1966-ci ildə Qarabağda anadan olub. Əvvəllər dəfələrlə həbs edilib. Amma o, "vor zakon” statusu daşıyıb-daşımadığı haqda suala birmənalı cavab verməyib:

-"Vor zakon”san?

-Bilmirəm, nədən danışırsız. Nə qanun? Mən bütün ömrümü qanunsuzluqda yaşayıram.
-Axı "vor zakon” kriminal statusu daşıyırsan?

-Mən bilmirəm, belə status nə deməkdir. Mən Rusiya vətəndaşıyam və bu ölkdə yaşamaq haqqım var. Nəyim var, nəyim yoxdur, dövlət bilir. Buna görə həbsdə oturmuşam, indi isə üstəlik hesabat verəcəyəm. Bu günə qədər də məhkəmə işim davam edir… Hələ "sroku” başa vurmamışam, iki ilim qalır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol