• $
  • €
  • ₽
  • ₺
  • £

İş axtaranlara ŞAD XƏBƏR: Öz istəklərinizə uyğun iş tapa biləcəksiniz – VİDEO

İş axtaranlara ŞAD XƏBƏR: Öz istəklərinizə uyğun iş tapa biləcəksiniz – VİDEO
29.05.2020 12:11
İşaxtaran və işsiz şəxslər elektron hökumət portalı vasitəsilə öz şəxsi kabinetlərini yarada biləcəklər.

"Ölkə.Az" ARB TV-yə istinadən xəbər verir ki, portalda qeydiyyatdan keçən hər bir şəxsə 5 iş günü ərzində peşəsinə, bacarığına uyğun iş yerləri təklif olunacaq.

Qeydiyyat prosesinə gəlincə...
Əsmər Nəcməddinqızı – Dövlət məşğulluq xidmətinin mətbuat xidmətinin rəhbəri: "Müraciət ərizə bölməsinə daxil olaraq, özünə ərizə formalaşdırır. "Məşğulluq alt" sistemində vətəndaşın artıq bütün məlumatları olur, digər elektron resuslardan da vətəndaşın məlumatı daxil olur. Vətəndaş digər hissələri özü doldurmaqla müraciəti tamamlayır. Məşğulluq alt sistemi vətəndaşın müraciətini qəbul etdikdən sonra onun qeyd etdiyi nömrəyə iş axtaran kimi qeydiyyata düşməsi barədə məlumat gəlir”.

Qeydiyyatdan dərhal sonra vətəndaşın bacarığına uyğun iş təklif olunur. Bu iş şəxsin istəyinə uyğun gəlmirsə, o, portalda işsiz olaraq qeydə alınır. Nəticədə vətəndaş aktiv məşğulluq xidmətlərindən yararlanaraq, bir sıra kurslarda, əmək yarmarkalarında, karyera sərgilərində iştirak etmək hüququ qazanır. Bundan başqa həmin şəxs işsizlikdən sığorta ödənişi ala bilir.

Əsmər Nəcməddinqızı – Dövlət məşğulluq xidmətinin mətbuat xidmətinin rəhbəri: "Bu artıq qanunla tənzimlənir. Vətəndaş əgər işdən azad olunubsa və ya ştat ləğv olunubsa, üç ildən az olmayaraq stajı varsa, işsiz kimi qeydiyyata düşmək hüququ varsa, o, işsizlikdən sığorta ödənişini əldə edə biləcək”.
Vüqar Bayramov – İqtisadşı ekspert: "İşaxtaranlar öz istəklərinə uyğun iş tapa biləcəklər, həmçinin işsizlərin sayını müəyyənləşdirmək asanlaşacaq. Vətəndaş sığortadan istifadə etmək imkanı qazanır nəticədə iş tapana qədər sosial ödənişdən istifadə edə bilir”.

Nəzərə almaq lazımdır ki, elektron baza işəgötürənlər üçün də açıqdır və bu da işini itirmiş vətəndaşın daha qısa zamanda işlə təmin edilməsinə imkan verir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol