• $
  • €
  • ₽
  • ₺
  • £

Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb

Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb
15.08.2019 21:00
Gürcüstanın Svaneti rayonunda üç Belarus vətəndaşı itkin düşüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar İdarəsindən məlumat verilib. Bildirilib ki, ötən gecə qurumun "112” qaynar xəttinə turistlərin itkin düşməsi ilə bağlı məlumat daxil olub. Bundan sonra onların axtarışına başlanılıb. Bu gün səhər isə axtarış işlərinə qurumun helikopteri cəlb edilib. İtkin düşən turistlərin hər üçünün qadın olduğu bildirilib.

Məlumata görə, turistlərdən ibarət qrup düşərgə yerinə qayıdarkən, belaruslu turistlər qrupdan ayrılıb, daha sonra onları görən olmayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar İdarəsi isə qurumun xilasedicilərinin itkin düşən turistləri Tetnuldi zirvəsində tapdığı barədə məlumat yayıb. Turistlərdən ikisi ölüb, biri isə yaralıdır. Yaralı şəxsin vəziyyətinin ağır olduğu bildirilib.
Turistlərin ölüm səbəbi açıqlanmayıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol