• $
  • €
  • ₽
  • ₺
  • £

”Oğlumun nəşini götürməyə gedəndə dedilər, 3 min dollar hörmət et, şəhid adı verək” - FOTOLAR

”Oğlumun nəşini götürməyə gedəndə dedilər, 3 min dollar hörmət et, şəhid adı verək” - FOTOLAR
15.08.2019 20:19
Ucar sakini deyir ki, 25 il öncə itirdiyi oğlunun haqqı tapdanıb


Ucarın Küçəkənd kəndinin sakini, 63 yaşlı Fəridə Mustafayeva onkoloji xəstəlikdən əziyyət çəkir. 6 ay öncə bilib xəstə olduğunu. Dediyinə görə, xeyli yanlış müalicədən sonra dəqiq diaqnoz qoyulub. Təcili əmməliyyatla mədəsini götürüblər. 6 ay ərzində bütün həyatının dəyişdiyini bildirir:
"Bilirəm ki, vəziyyətim ağırdır. Və mən bu gün övladlarımın üzünə baxanda xəcalət çəkirəm. Onları vaxtında oxutmadığım, bir sənəd sahibi etmədiyim halda bu gün müalicəmə görə borc, kredit içində yaşadıram. Hamısının evi yarımçıq, həyatları ağır… Onları belə qoyub getmək ağırdır. Həyatdır də, nə etmək olar, mənimki də belə gətirdi”.

Güclə dərindən nəfəs alıb, sözünə davam edir. Deyir, elə əvvəldən kasıb olublar. Normal gün gördüyü olmayıb:
"Uşaqları yarıac-yarıtox saxlamışıq, ancaq qarınlarını doyuzdura bilmişik. Gəlinin adına 2500 manat kredit götürüb bir-iki maşın daş tökürdüm həyətə. Sonra pensiyamla az-az qaytarırdım. Axırda iş elə gətirdi ki, xəstələndim. İndi də kredit götürmüşük. 11 mindən çox borcumuz var. Mənim əməliyyatım, kimya terapiyalar və s. Aya 700 manatdan çox pul çıxır. Deyirəm, etməyin, qoyun ölüm. Ürəkləri götürmür”.
Fəridə Mustafayevanın 3 oğlu 1 qızı var. Deyir, oğlunun birini 1994-cü ildə, hərbidə itirib:
"Xəbəri gələndə elə bildim daha yaşamaram, ölərəm. Amma zamanla anladım ki, insan hər acıya dözə bilir. Əslində yaşamadım, buna yaşamaq demək olmaz. Nəşini götürməyə gedəndə dedilər ki, 3 min dollar hörmət elə şəhid adı verək, müavinət al. Mən bu təklifi eşitdiyimə utandım, ancaq onlar belə təklif etməkdən zərrə qədər utanıb-qızarmadılar. Razılaşmadım, dedim, şəhidlik mənim oğlumun haqqıdır. Haqlı verilməli olan adı, niyə onun ruhunu incidib pulla alaq? Mənə müavinət də lazım deyil. Beləcə, oğluma bir ad vermədilər”.
Ana deyir ki, oğlan nəvələrinin "əmimiz şəhid oldu, heç adı da yoxdur. Biz hərbiyə getməyəcəyik”, – deməsi onun ürəyini incidir:

Mustafayevlərin yaşadığı ev


"Haqsız da deyillər. Evdə eşidiblər, danışırlar. Nə etsinlər, uşaq gördüyünü götürər. Hər şeydə haqsızlıqdır, bir bu deyil ki… Xəstəyəm, borc-xərclə müalicə olunuram. Sabah ölsəm, bu uşaqlar mənə necə məclis düzəldəcəklər, bilmirəm. Evim uçub-tökülür. Hamısının evi yarımcıq, pis gündə. Belə bir həyatla hələ bir mən də yükəm onlara. Utanıram, xəcalət çəkirəm”.

F.Mustafayeva deyir ki, illərdir gördüyü bütün haqsızlıqlara susur:
"Deyirdim, yəqin bu zülmün bir sonu olar. Dayanarlar, bitər. Get-gedə hər şey daha da betər oldu. İndi danışmaq istəyirəm. İtiriləsi heç nəyim qalmayıb. Bir canım vardı, o da xəstə düşüb. Səsimi eşidin, mənə pul, müavinət lazım deyil. Barı oğluma bir şəhidlik adı verin, gözüm arxada getməyim. Övladlarımdan biri üçün nəyəsə nail olmuş vəziyyətdə gedim bu həyatdan”.
Meydan TV məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənə bilməyib.
F.Mustafayeva isə son ümid olaraq Prezident İlham Əliyeva, Birinci vitse-prezident Mehriban Əliyevaya tutub üzünü:
"Bir ananın son arzusunu yerinə yetirin. Nolar, mənim balama şəhidlik adı verin. Bu, onun haqqıdır”.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol