• $
  • €
  • ₽
  • ₺
  • £

233 nəfərin həyatını xilas etmiş pilot özünü qəhrəman hesab etmir - FOTO/VİDEO

233 nəfərin həyatını xilas etmiş pilot özünü qəhrəman hesab etmir - FOTO/VİDEO
15.08.2019 21:46
Havada motoruna quşlar girdikdən sonra qəza vəziyyətinə düşən təyyarəni salamat qarğıdalı sahəsinə endirməyi bacarmış pilot Damir Yusupov özünü qəhrəman hesab etmir.
"RİA Novosti” xəbər verir ki, qəza anında "Airbus A321” tipli təyyarənin şassilərini açmadan yerə sərt enişə qərar verən və bununla da 226 sərnişin və yeddi ekipaj üzvünün həyatını xilas edən pilot "Rossiya 1” telekanalına açıqlamasında qeyri-adi bir şey etmədiyini deyib:
"Çoxları deyir ki, mən qəhrəmanlıq etmişəm. Amma mən belə düşünmürəm. Təyyarəni, sərnişinləri və ekipajı qurtarmaq üçün nə lazım idisə, onu yerinə yetirmişəm. Düşünürəm ki, o anda yeganə çıxış yolu bu idi. Özümü qəhrəman hesab etmirəm”.

Təcrübəli pilot yenidən uçuşlara davam etmək istədiyini də vurğulayıb.
Qeyd edək ki, Rusiyanın "Ural Hava Yolları”na məxsus, Moskva-Simferopol reysi ilə uçan A-321 təyyarəsi Jukovski hava limanından qalxdıqdan az sonra mühərrikinə quşlar daxil olub. Bu səbəbdən Moskvaətrafı qəsəbələrdən birində qarğıdalı sahəsinə təcili eniş edən təyyarədə ölən olmasa da, 23 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 







www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol