• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ: Qorxunc ssenari reallaşır - Ölənlər var, istehkamlar dağıdıldı

SON DƏQİQƏ: Qorxunc ssenari reallaşır - Ölənlər var, istehkamlar dağıdıldı
15.08.2019 22:36
Pakistanın üç, Hindistanın isə beş hərbi qulluqçusu Kəşmirdə atışmada həlak olub.
Publika.az xəbər verir ki, bu haqda Pakistan ordusunun bəyanatına istinadən "Associated Press Of Pakistan” agentliyi bildirib.
Hadisə iki ölkə arasında nəzarət xəttində baş verib. Qeyd edilir ki, toqquşma çoxsaylı hərbçinin yaralanmasına və istehkamların zərər görməsinə səbəb olub.
Şəxsi mənbələrə istinadən Hindistanın ANI agentliyi hind əsgərlərinin həlak olması haqqında informasiyanı təkzib edib və üç Pakistan hərbçisinin həlak olması haqqında məlumatları təsdiq edib.
Xatırladaq ki, avqustun 5-də Hindistanın Cammu və Kəşmir əyalətinin xüsusi statusunu ləğv etməsindən sonra İslamabad və Nyu-Dehli arasında gərginlik artıb. Hindistan parlamenti öz Konstitusiyasında 370-ci maddənin ləğvini təsdiqləyib. Həmin maddə ştata xüsusi status verirdi.
Avqustun 7-də Pakistan hökuməti Hindistan səfirini ölkədən çıxarmaq qərarına gəlib. İslamabad, həmçinin Hindistanla diplomatik münasibətlərin səviyyəsini azaltmaq və bu ölkə ilə ikitərəfli ticarət əlaqələrini dayandırmaq niyyətində olduğunu bəyan edib.
Qeyd edək ki, Pakistan və Hindistan nüvə silahlarına sahibdir. Bu səbəbdən dünya ictimaiyyəti gərginliyin nüvə silahının tətbiqiylə genimiqyaslı müharibəyə gətirib çıxaracağı ehtimalından narahatdır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol