• $
  • €
  • ₽
  • ₺
  • £

Ucar polisi naməlum məxluqu tutmağa çalışır

Ucar polisi naməlum məxluqu tutmağa çalışır
16.08.2019 12:54
Yerli əhalini qorxu və dəhşətə salan naməlum tüklü məxluqu tutmaq üçün Ucar rayonunun Çiyni kəndi ərazisində ardıcıl dördüncü gündür polis postları qoyulur.

Bu barədə Oxu.Az-a Ucar Rayon Polis İdarəsindən məlumat veriblər.
Gecələr yaşayış məntəqəsinə çıxaraq insanları qorxudan bədheybət haqqında söhbətlər bir neçə gündür səngimir. Qadın və uşaqlar, bəzən isə hətta kişilər axşamlar küçəyə çıxmağa qorxurlar.

Kəndlilər deyirlər ki, məxluq qara rəngdədir, insan kimi düz yeriyir və sürətlə qaçır.
"Biz kəndin ətraf ərazilərində naməlum varlığın gizləndiyini düşünmürük, lakin hər halda ərazidə axşamlar postlar qoyuruq. Kənd sakinlərinin qorxusunun isə əsası yoxdur – bu məxluq indiyədək heç kəsə zərər verməyib, ev heyvanları və quşları öz yerindədir. Onların sözlərinə görə, üstəlik, o, insan görəndə qaçır", - polisdən deyiblər.
Polis əməkdaşlarından biri, serjant iddia edir ki, naməlum canlını özü görüb. Onun sözlərinə görə, məxluq onun evinin qapılarına gizlicə yaxınlaşıb və onu görərkən tez gizlənib.
Asayiş keşikçiləri qeyd ediblər ki, Çiyni kəndi bir neçə il əvvəl Qoşaqovaq kəndində gecələr gəzən naməlum məxluqlara görə vahimə yaranmış Ağdaş rayonu ilə sərhəddə yerləşir. Yeri gəlmişkən, burada da polis postları qurulmuşdu, lakin heç kim tapılmamışdı.
Ağdaş rayon sakinlərinin iddiasına görə, həmin varlıqlar adi insanın keçə bilmədiyi tikanlı məftilləri, hündür divarları asanlıqla aşırdılar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol