• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO

Ermənilərin ekoloji terroru: Tərtər, Ağdam, Bərdə və Goranboy susuz qala bilər - VİDEO
16.08.2019 14:52
Azərbaycanın işğal altındakı torpaqlarında qurulmuş qondarma "Dağlıq Qarabağ” rejimi növbəti təxribata əl atıb.


Modern.az-ın Ermənistan KİV-nə istinadən məlumatına görə, separatçı qurumun "keçmiş baş naziri” Araik Arutunyan Sərsəng su anbarı ilə bağlı 100 milyon dollarlıq layihənin start götürdüyünü bildirməsindən sonra, ərazidə tikinti-bərpa işləri başlayıb. Layihə keçmiş Ağdərə rayonu ərazisində yerləşən Sərsəng su anbarından işğal altındakı ərazilərə 4 su kanalının çəkilməsi yolu ilə 10 min hektar ərazinini suvarılmasını nəzərdə tutur. Arutunyan tikinti işlərinin 2,5 ilə yekunlaşacağını proqnozlaşdırıb.Paralel olaraq, Sərsəng su anbarına 2 böyük və 2 kiçik su kanalının çəkilməsi, kanallar üzərində 5 hidoelektrik staniyasının inşası nəzərdə tutulur. Bu isə faktiki olaraq, Sərsəng su anbarını su ilə təmin edən Tərtər çayından Bərdə, Tərtər və Ağcabədi kimi cəbhəyə yaxın rayonlara su sərfiyyatının azalmasına, su kanallarının suvarma işlərində istifadəsinə ciddi problem yaradacaq.   


Belə ki, 1976-cı ildə istifadəyə verilən Tərtər sağ sahil kanalı Tərtər, Ağdam, Bərdə rayonlarının, həmin il tikilən Tərtər sol sahil kanalı isə Tərtər və Goranboy rayonlarının ərazisində suvarma işləri üçün geniş istifadə olunur.   


Suyun qarşısının kəsilməsi Azərbaycanın on minlərlə hektar torpaq sahəsinin susuz qalmasına, bölgədəki yüz minlərlə insanın yaşam şərtlərinin çətinləşməsinə və ekoloji böhrana yol aça bilər.


Təsadüfi deyil ki, istifadəyə verildiyi 43 il ərzində təmir olunmayan Sərsəng su anbarı region üçün təhlükə mənbəyi olub. Ermənilərin işğalda saxladığı su anbarını təmir etdirməməsi, Azərbaycanı sudan məhrum etməsi Avropa Şurası Parlament Assambleyasının diqqətindən də yayınmayıb. Beynəlxalq qurum 2017-ci ilin qış sessiyasında ermənilərin ciddi müqavimətinə baxmayaraq, "Azərbaycanın cəbhəyanı rayonların sakinləri qəsdən sudan məhrum edilib” adlı qətnamə qəbul etmişdi.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol