• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda köhnə avtomobillər istismardan çıxarılır - VİDEO

Azərbaycanda köhnə avtomobillər istismardan çıxarılır - VİDEO
29.05.2020 02:48
İstismar müddəti bitmiş, köhnə avtomobillərin dövriyyədən çıxarılması, yəni utilizasiyası ilə bağlı işlər sürətləndirilir.

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda öz əksini tapan bu məsələ diqqət mərkəzindədir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, dövlət proqramında qeyd edilib ki, utilizasiya prosesinin məqsədi yol hərəkəti və ekoloji təhlükəsizliyi təmin etmək, yerli avtomobil istehsalını stimullaşdırmaqdır.

Heç kəsə sirr deyil ki, ölkəmizdə köhnə avtomobillərlə taksi və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər var. Ərşad Hüseynovun sözlərinə görə, belə avtomobillərin utilizasiyası zamanı prosesin sosial yükünü də nəzərə almaq lazımdır.

Sürücülərin də bu proseslə bağlı fikirləri birmənalı deyil.

Qeyd edək ki, utilizasiya prosesi ilə bağlı xarici ölkələrin müxtəlif təcrübələri mövcuddur. Bəzi ölkələrdə həmin avtomobilin sahibinə müəyyən ödənişlər edildikdən sonra ona yeni avtomobil alması üçün güzəştli kredit təklif olunur.

Yerli istehsalı olan ölkələrin bir qismində isə utilizasiya olunan avtomobilin sahibinə güzəştli ödəniş şərtləri ilə avtomobil verilir. Azərabycanda isə bu prosesin necə həyata keçiriləcəyini zaman göstərəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol