• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağ əlillərinə və ailə üzvlərinə əlavə pasport veriləcək

Qarabağ əlillərinə və ailə üzvlərinə əlavə pasport veriləcək
28.08.2014 16:28
Qarabağ müharibəsi əlillərinin sosial müdafiə problemlərini nəzarətdə saxlamaq üçün onların hər birinə və ailə üzvlərinə sosial müdafiə pasportu veriləcək.APA-nın qərb bürosunun verdiyi məlumata görə bu barədə açıqlamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Goranboy rayonunda jurnalistlərə müsahibəsində bildirib.O, qeyd edib ki, hazırda Azərbaycanda 12 min nəfər kimi Qarabağ müharibəsində öz sağlamlığını müəyyən qədər itirmiş şəxslər yaşayır ki, onların sosial vəziyyətlərini nəzarətdə saxlayıb yaxşılaşdırmaq üçün xüsusi pasportlarla təmin ediləcək."Sosial Müdafiə pasportlarının hazırlanması üçün nazirlikdə müvafiq quruma xüsusi tapşırıq verilib. Hazırda bu proses yekunlaşmaq üzrədir. Yəni o pasportda Qarabağ müharibəsi əlilinin bütün göstəriciləri öz əksini tapacaq. Ailəsində neçə şəxs var, neçənci ildə doğulublar, kimlər işləyir, nə qədər müavinət və nə qədər sosial yardım alırlar, indiyə kimi hansı müalicələr alıb, bundan sonra hansı müalicələrə ehtiyacı var və bütün sosial məsələlər öz əksini o pasportda tapacaq", - deyə nazir bildirib.Hər bir müraciət edən Qarabağ müharibəsi əlilinin dərhal həmin həm elektron həmdə kağız üzərində olan pasportu götürüləcək, həm nazir həm nazir müavinin həmdə inspektorlar əlil haqqında məlumatlar ala biləcəklər.S. Müslümov bildirib ki, əlillərə veriləcək pasportla onların ailəsinin sosial vəziyyəti nəzarətdə olacaq ki, Qarabağ müharibəsi əlilinin yaşadığı ailədə ailə üzvünə düşən vəsaitin aylıq məbləği 100 manatdan aşağı olmasın.Nazir pasportların hazırlanmasının artıq yekunlaşdığını bildirib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol