• $
  • €
  • ₽
  • ₺
  • £

Ramil Usubovdan Şeyxə məktub

Ramil Usubovdan Şeyxə məktub
29.05.2020 01:13
Azərbaycan Respublikasının daxili işlər naziri Ramil Usubov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadəyə məktub yazıb.

Bu barədə QMİ-dən ANS PRESS-ə məlumat verilib. Məktubun mətni belədir:"Möhtərəm Şeyx həzrətləri!Siz, dini tolerantlığın unikal nümunəsi olan doğma Azərbaycanın bütün dünyada tanınması, şöhrət tapması, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, ənənəvi islamın nüfuzunun artması, mədəniyyətlərarası və dinlərarası dialoqun əldə olunması yolunda daim nəcib təşəbbüslər göstərən böyük din xadimisiniz.Respublikada gedən ictimai - siyasi proseslərin fəal iştirakçısı olaraq Milli Liderimiz Heydər Əliyevin müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, hüquqi dövlət quruculuğu ideyalarının həyata keçirilməsinə, qloballaşan dünyada münaqişələrin qarşısının alınmasına, sülhün bərqərar olmasına, maarifçilik və mənəvi tərbiyə məsələlərinin həllinə hər zaman layiqli töhfələr verirsiniz.Xalqlar arasında dostluğun və sülhün möhkəmləndirilməsində danılmaz xidmətləriniz, dövlətimiz üçün taleyüklü məsələlərdə əsl vətəndaş mövqeyiniz Ulu Öndər, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyev tərəfindən həmişə yüksək dəyərləndirilib.Dünyəvi dinlər olan islamın, xristianlığın və iudaizmin nümayəndələrinin bu gün ölkəmizdə dinc yanaşı yaşaması, qarşılıqlı etimadının və anlaşmasının yüksək səviyyədə olması gərəkli fəaliyyətinizin ən gözəl nümunələri, yorulmaz səylərinizin bəhrəsidir.Respublikada insan hüquq və azadlıqlarının etibarlı təminatı, vətəndaş cəmiyyəti quruculuğu, dini radikalizmin və ekstremizmin qarşısının alınması kimi mühüm sahələrdə böyük enerji ilə gördüyünüz işlər, bu istiqamətlərdə dövlət qurumlarına davamlı dəstəyiniz Daxili İşlər Nazirliyinin bütün əməkdaşları və hərbi qulluqçuları tərəfindən də böyük rəğbətlə qarşılanır.Sizi 65 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, ailənizə xoşbəxtlik və səadət, insanlığın yüksəlişinə xidmət edən dəyərli fəaliyyətinizdə uğurlar arzulayıram!"

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol