• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda hava şəraiti dəyişəcək

Azərbaycanda hava şəraiti dəyişəcək
28.08.2014 15:12
Azərbaycanda müşahidə olunan isti və yağmursuz hava şəraiti avqustun 29-da davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, avqustun 29-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, gün ərzində  əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 25-28, gündüz 35-39 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayarı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 14-19, gündüz 26-31 dərəcə isti olacaq.
 
A.Verdiyev qeyd edib ki, avqustun 30-dan başlayaraq hava şəraiti dəyişiləcək, avqustun 30-31-də Bakıda küləkli hava şəraiti müşahidə olunacaq. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Avqustun 30-da Bakıda 29-33  dərəcə isti, avqustun 31-də isə 27-32 dərəcə isti hava müşahidə olunacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, avqustun 29-da Abşeron yarımadasında güclü isti temperatur diskomfort, havada rütubətin çox olması, gecə və səhər saatlarında durğun hava şəraitinin üstünlüyü əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün xüsusən əlverişsizdir. Gündüz saatların uzun müddət açıq havada qalmaq məsləhət deyil. Avqustun 30-31-də güclü xəzri küləyi nəticəsində havanın temperaturun tədricən enməsi müsbət amildir.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol