• $
  • €
  • ₽
  • ₺
  • £

"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL

"Lotu Quli"nin imzası erməniyə görə saxtalaşdırıldı - QALMAQAL
29.05.2020 03:41
Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.

Musavat.com-un xəbərinə görə, erməni əsilli Artur Atabekyana "oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən "proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının "proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi "Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddia olunur ki, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminalla iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, "mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz".

Qulinin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi" klanının bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol