• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı

Bakı Şəhər Baş Polis İdarəsi ayaqları zəncirlənən azyaşlı ilə bağlı AÇIQLAMA yaydı
21.08.2019 15:40
Bakı Şəhər Baş Polis İdarəsi xalası tərəfindən ayaqları bir-birinə zəncirlənən azyaşlının məsələsi ilə bağlı açıqlama verib.

Anews.az-a danışan Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbərliyi tərəfindən fakt nəzarətə götürülüb, ərazi polis orqanına – Nəsimi Rayon Polis İdarəsinə müvafiq araşdırmaların aparılması ilə bağlı göstəriş verilib. 

Onun sözlərinə görə, Yevlax şəhərində anadan olan  2010-ci il təvəllüdlü Ömər Həsənlinin anası Şahanə İmayılova tərəfindən zəncirlə ayağından bağlamasına dair ilkin araşdırma zamanı müəyən olunub ki, ana öz övladını bacısı Aygün İsmayılova ilə birgə kirayədə yaşadığı ünvanda işdə olduqları müddətdə - saat 8:00-dan axşam saat 00-00 radələrinə qədər nəzarətsiz qoyublar. Bu müddət ərazində azyaşlının heç hara getməməsi ayaqlarını zəncirlə bağlayıblar. Ş.İmayılova oğlunun çətin tərbiyə olunan uşaq olduğunu əsas gətirərək, yay tətilinə görə Yevlax rayonundan gətirərək yaşadığı ünvanda bu addımı atdığını etiraf edib. 

Hacıyev əlavə edib ki, araşdırma zamanı Nəsimi RPİ İctimai təhülkəsizlik şöbəsi və 19-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi müvafiq tədbirlərlə həmin zəncir aşkarlanaraq, protokol tərtib olunub. Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub.

Qeyd edək ki, anews.az-a evdə tək halda uşağın ayaqları zəncirli foto və videosu daxil olmuşdur. Və məlumatda bildirilmişdir ki, uşaq xalası tərəfindən zəncirlənib və xalası tərəfindən döyülüb. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol