• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN meşə yanğınlarının əsas səbəblərini açıqlayıb

ETSN meşə yanğınlarının əsas səbəblərini açıqlayıb
21.08.2019 18:30
"İnsan faktoru meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Biz yanğınların qarşısının alınması, günahkar şəxslərin ortaya çıxarılması və onların ən azından həm ictimai tənbeh olunması, həm də qanun qarşısında cavab verməsi üçün müvafiq qurumlarla birlikdə əlimizdən gələni edəcəyik”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, hər il dünyada baş verən meşə yanğınları insan tələfatı, minlərlə hektar meşə sahəsinin, yaşıllığın məhvi ilə nəticələnir: "İnsanların məsuliyyətsizliyi ucbatından uzun illər ərzində qorunub saxlanmış meşələr, nadir ağaclar bir anda məhv olur. Bizdə bu cür genişmiqyaslı yanğınlar baş vermir, insan tələfatı olmur. Meşə yanğınlarından bəhs edərkən xüsusilə vurğulanmalıdır ki, bu sahədə baş verən 10 yanğından 9-u odla ehtiyatsız davranmadan və ya meşədə istirahət zamanı insanların yanğın təhlükəsizliyi qaydalarını pozması səbəbindən baş verir. Qalanmış tonqallar və bu tonqalların tam söndürülmədən nəzarətsiz qoyulması, söndürülməmiş kibritin, siqaret kötüyünün yerə atılması, maşınların mühərrikindən çıxan qığılcımlar da meşə yanğınlarına səbəb olan əsas amillərdəndir. Son zamanlar baş verənlər, insanların yaşıllıqlara laqeyd münasibəti, ətraf ərazilərin məişət tullantıları ilə çirklənməsi, eləcə də bu günlərdə müxtəlif yerlərdə baş verən ardıcıl yanğınlar onu göstərir ki, biz təbiətimizə qarşı yenə də səhlənkarıq. Milli parklar Azərbaycanın ən gözəl füsunkar təbiəti olan ərazilərində yerləşir. Nəzərə alaq ki, Hirkan Milli Parkı UNESCO-nun irs siyahısına nominasiyadadır. Yəni bu, dünyanın inciləri siyahısındadır. Biz bu gün baş verən yanğını ilkin olaraq təhlil etmişik. Milli Park yaxınlıqda yerləşən kəndin və bələdiyyə torpaqlarının sərhədindən başlanır. Yanğın nəticəsində dəyəri ölçüyəgəlməz olan meşələrimiz, ağaclarımız yanır, orada yaşayan fauna növləri həmin ərazini tərk edir, məhv olur, bu işlərin bərpası üçün dövlətə milyonlarla ziyan dəyir. Bizim qanunvericiliyimiz ehtiyatsızlığı da, ehtiyatsızlıqdan edilən cinayəti də cinayət sayır. Bu baxımdan ehtiyatsızlıqdan olan əməllərin qarşısının alınması vacibdir". 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol