• $
  • €
  • ₽
  • ₺
  • £

SON DƏQİQƏ - Sərhədçilərimiz Ermənistana gedən qaz kəmərini nəzarətə götürdü + FOTO

SON DƏQİQƏ - Sərhədçilərimiz Ermənistana gedən qaz kəmərini nəzarətə götürdü + FOTO
29.05.2020 05:55
Ermənistan mediasında bəzi hərbi ekspertlərin dövlət sərhədində erməni ordusunun mövqelər tutması barədə səsləndirdiyi fikirlər absurddur. İrəvanda oturub Qazax rayonu istiqamətində, Azərbaycanla sərhəddəki vəziyyət barədə yazan hansısa şəxslərdən fərqli olaraq Ermənistanla sərhəd ərazilərə səfərimiz zamanı reallıqda biz fərqli şeyləri gördük.
Anews.az-ın məlumatına görə, "AzeriDefence”nin əməkdaşı sərhəddə müşahidə etdikləri əsasında oxuculara məlumat verir ki, Qazax rayonu istiqamətində üstünlük Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarındadır.
Ermənistan tərəfinin açıqlamaları "gedən qatarın arxasınca yüyürməyə” bənzəyir. Avqustun 13-də Qazax istiqamətində ermənilərin təxribatlarını önləmək üçün DSX tərəfindən mövqelərin önə çəkilməsi və bəzi yüksəkliklərdə yeni mövqelərin tutulması ilə bağlı yaydığımız xəbərdən sonra, avqustun 14-dən başlayaraq Ermənistan Ordusunun yüksək rütbəli zabitləri əraziyə göndərilib. Hiss olunur ki, ön mövqelərdə baş verən uğursuzluğun şəxsi heyətdə və sərhədyanı kəndlərin əhalisində yaratdığı psixoloji təsiri aradan qaldırmaq üçün Ermənistanın Müdafiə Nazirliyi ciddi fəaliyyətlərə başlayıb.
Məlumat üçün bildirək ki, DSX Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sər­həd di­vi­zi­ya­sının yeni müdafiə mövqelərinə qalxması nəticəsində min hektarlarla ərazilər nəzarət altına götürülüb. Eyni zamanda Azərbaycan Sərhəd Qoşunlarının döyüş məntəqələri Gürcüstandan Ermənistana ge­dən qaz kəmərinə və yaxınlıqdakı qaz stansiyasına nəzarət imkanı əldə ediblər. Ermənistan Müdafiə Nazirliyi bu gün reallığı ictimaiyyətlərindən gizlədə bilər. Lakin qış aylarında ərazidəki kəndləri, rayonları qazsız qalanda bunun səbəbini gizlədə bilməyəcək. 
 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol