• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...

Azərbaycanlı nazirin atası 50 ildir eyni vəzifədə işləyirmiş – həm də 95 yaşında...
29.05.2020 08:29
Azərbaycanlı bir çox məmurlar kifayət qədər tanınmış ailələrin üzvləridir. 


Anews.az-in verdiyi xəbərə görə, məsələn, Mədəniyyət naziri Əbülfəs Qarayevin atası uzun illər Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı işləmiş, mərhum professor Mürsəl Qarayevdir. 55 yaşında ürək tutmasından dünyasını dəyişən M.Qarayev görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevinqardaşıdır. 


Yaxud, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev tanınmış şair-bəstəkar İzolda Babayevanınoğludur. İzolda Babayeva onlarla məşhur mahnının müəllifidir. Onun mahnılarını xalq artistləri Şövkət Ələkbərova, İlhamə Quliyeva, Almaz Ələsgərli, Fidan Hacıyeva və digər sənətçilər ifa edib. O, bəstələdiyi mahnıların həm də sözlərini yazırdı. 


Xarici İşlər naziri Elmar Məmmədyarovun atası isə kimya elmləri doktoru, AMEA-nın həqiqi üzvü (2001), əməkdar elm xadimidir (2009) Məhərrəm Məmmədyarov. 17 oktyabr 1924-cü ildə Azərbaycan SSR Naxçıvan MSSR Culfa rayonu Yaycı kəndində anadan olan M.Məmməduyarov II Dünya müharibəsində iştirak etdikdən sonra 1949-cu ildə Azərbaycan Dövlət Universitetini, 1953-cü ildə isə Leninqrad Texniki Universitetinin aspiranturasını bitirib. 


1980-ci ildə Naxçıvan termal məmbələrinin karbon gazının sənayədə istifadə texnologiyasının işlənib hazırladığına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. 


Ata Məmmədyarov 250-dən çox çap olunmuş elmi işlərin, 39 patent və müəlliflik şəhadətnəmələrinin, 3 monografiyanın, müəllifidir. Onun rəhbərliyi altında 14 elmlər namizədi və 3 elmlər doktoru hazırlanıb.


Ən maraqlısı isə 95 yaşlı M.Məmmədyarovun 50 ildir eyni vəzifədə çalışmasıdır. Belə ki, o, 1969-cu ildən Y. H. Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda sintetik yağların sintez və texnologiyaları laboratoriyasının rəhbəri işləyir...(qaynarinfo)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol