• $
  • €
  • ₽
  • ₺
  • £

ASAN Xidmətin binasının tikintisində işləyən fəhlənin pulu niyə verilmir? - ŞİKAYƏT

ASAN Xidmətin binasının tikintisində işləyən fəhlənin pulu niyə verilmir? - ŞİKAYƏT
22.08.2019 17:48
Tovuz rayon sakini Mübariz Mehdiyev redaksiyamıza müraciət edərək, Tovuz rayonunda tikintisi gedən ASAN Xidmət mərkəzinin binasında fəhlə kimi işləsə də, əmək haqqısını ala bilmədiyindən şikayətlənir.

Anews.az-a danışan şikayətçi deyir ki, atası və anası yaşlı olduğundan, məcburiyyətdən Tovuz rayonunda tikintisi gedən ASAN xidmət mərkəzində fəhlə kimi işləyib.

İyun və iyul aylarında orada fəhlə kimi işləsə də, sonradan bunun qarşılığında almalı olduğu məvacibi ala bilməyib.

"Mən dəfələrlə getdim ki, işləmişəm, pulumu verin. Əvvəlcə yaxın günlərdə veriləcək desələr də, verilmədi. Axırıncı dəfə avqustun 21-i getdim, dedilər orda tikintiyə rəhbərlik edən Fuad və Fatif adlı şəxslər burada yoxdurlar, sənə pulu verməli olan adam həbs olunub. Yenə vermədilər mənim pulumu”, - deyə şikayətçi, Tovuz rayon sakini Mübariz Mehdiyev bildirib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı deyir ki, əmək haqqının verilməməsi ciddi qanun pozuntusudur.

Onun sözlərinə görə, vətəndaş bu halda müfəttişliyə müraciət etməlidir.



"Birinci dəqiqləşdirmək lazımdır ki, vətəndaş xidmət müqaviləsi ilə, yoxsa əmək müqaviləsi ilə işləyib. Əgər ortada müqavilə varsa, işçinin maaşı bütün hallarda verilməlidir və işə götürən məsuliyyət daşıyır. Vətəndaş Əmək Müfəttişliyinin ən yaxın regional bölməsinə yaxınlaşıb şikayət verə və ya müfəttişliyin qəbul şöbəsinə müraciət edib şikayətini deyə bilər.

Məsələ ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqə saxlasaq da, suallarımıza cavab verəcək adamın olmadığını dedilər. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev isə ölkə xaricində olduğunu bildirdi. Anews.az olaraq, agentliyin də mövqeyini dərc etməyə hazırıq.

Prezident İlham Əliyevin 26 dekabr 2018-ci il sərəncamı ilə  Tovuz rayonunda "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
 
Həzi

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol