Qızmar hava davam edəcək: 42 dərəcə isti gözlənilir

Bakı və Abşeron yarımadasında avqustun 23-də hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ONA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 35-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 25-35 faiz olacaq.
Abşeron çimərliklərində şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 23-də hava yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-23, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 23-də Bakıda və Abşeron yarımadasında zəif küləyin üstünlüyü, arabir yaranan durğun hava şəraiti fonunda gündüz isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib