• $
  • €
  • ₽
  • ₺
  • £

Paşinyan sumqayıtlını müşavir etdi: "Azərbaycana nifrət etmirəm"

Paşinyan sumqayıtlını müşavir etdi: "Azərbaycana nifrət etmirəm"
22.08.2019 21:06
Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Kalavan kəndinin sakinini özünün müşaviri təyin edib.

Anews.az xəbər verir ki, bu məlumatı Paşinyan Feysbuk səhifəsində paylaşıb. Paşinyan təyin etdiyi şəxsin adının Robert Qukasyan olduğunu bildirib.
 
Qeyd edək ki, hazırda Kalavan adlanan kəndin adı əvvəllər Əmirxeyir olub. Azərbaycanlıların yaşadığı bu kənddə Ermənistandan deportasiya olan zamana qədər 700 nəfər yaşayıb. Deportasiya başladıqdan sonra isə azərbaycanlılar bu kənddəki evləri Azərbaycandan ayrılan ermənilərlə mübadilə ediblər. Nəticədə kənddə Şəmkir, Gəncə və Sumqayıtdan olan ermənilər məskunlaşıblar.
 
Hazırda kənddə 26 ailə və ümumilikdə 113 nəfər yaşayır. Bu ailələrdən 8-i sonradan Kalavan kəndinə köçüblər.
 
Robert Qukasyana gəlincə isə o, Dağlıq Qarabağda anadan olsa da uşaqlığının əsas hissəsi Sumqayıtda keçib. 1988-ci ildə Sumqayıt hadisələrindən sonra Qukasyanın ailəsi Sumqayıtdakı evlərini Kalavan kəndinin sakinlərindən birinin evi ilə əvəz edərək, Ermənistana köçüb. Qukasyan sonradan verdiyi açıqlamalarında azərbaycanlılara nifrət etmədiyini, onu və ailəsini Sumqayıt hadisələri zamanı məhz azərbaycanlıların xilas etdiyini, başqa bir şəraitdə azərbaycanlılarla çox yaxşı qonşu ola biləcəklərini etiraf edib.
 
Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən bu kənd məhz Qukasyanın sayəsində Ermənistanda inkişaf etməyə başlayan turizm mərkəzlərindən birinə çevrilib.(axar.az)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol