• $
  • €
  • ₽
  • ₺
  • £

Polkovnik-leytenant: “Təyyarəyə quşun çırpılmasına lağ etmək nadanlıqdır”

Polkovnik-leytenant: “Təyyarəyə quşun çırpılmasına lağ etmək nadanlıqdır”
22.08.2019 23:49
"Pilotun katapult anını gecikdirməsi ehtimalını ilk gündən irəli sürmüşdüm. Təcrübəli pilot üçün təyyarəni xilas etmək şərəf məsələsidir. Döyüş maşını uğrunda sonacan mübarizə aparmış şərəfli zabit Rəşad Atakişiyevə Allahdan rəhmət diləyirəm. Qəzanın səbəbinə gəlincə, komisiyanın rəyini şübhə altına almaq üçün əsasım yoxdur. Quşlarla təyyarələrin toqquşması hadisələri nadir hal deyil”.
 
Bu barədə ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram deyib.
 
Onun sözlərinə görə, hər il dünyada beş mindən çox quşlarla təyyarələrin toqquşma hadisəsi qeydə alınır və müxtəlif dərəcəli qəzalar baş verir.
 
"Uzağa getməyək, bir neçə gün əvvəl quşların mühərrikə düşməsindən "Ural Avialiniyaları” kampaniyasının təyyarəsi qəza halında qarğıdalı sahəsinə eniş etmişdir. Bəzən isə quşlar pilot kabinəsinə çırpılırlar. Baxmayaraq ki, quş adi halda kiçik və yumşaq cisimdir, təyyarənin yüksək sürətinə görə bəzən pilotlara ciddi xəsarətlər yetirir. Keçən il analoji hadisə İsveç hərbi təyyarəsi ilə baş vermişdi. Pilot xəsarət alsa da, katapult edə bilmişdi. MN-nin komissiyasının rəyini şübhə altına almaq hər kəsin haqqıdır. Bunu kim nə niyyətlə şübhə altına alırsa, özü bilər. Ancaq ümumən yüksək sürətlə hərəkət edən təyyarəyə quşun çırpılmasına və bunun nəticəsində pilotun xəsarət ala bilməsinə lağ-lağı etmək sadəcə avamlıq və avaraçılıq deyil, aqressiv nadanlıqdır. Bunu etməyin. Çox da ki, dünyaya çoxdan məlum olan şeyləri indi eşidirsiniz. İnsan (toplumu) bilmədiyi şeylərə güləndə, özünü gülünc edir”. – ehtiyatda olan polkovnik-leytenant qeyd edib.(Teleqraf.com)

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol