• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi

Bakıda ərəblərin şam işığında romantik görüşü yanğınla bitdi
23.08.2019 14:47
Bakıda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki vətəndaşının yataqda şam yandırması yanğına səbəb olub.

Bu barədə Oxu.Az-a Nəsimi Rayon Polis İdarəsindən bildirilib.
22-ci Polis bölməsinə daxil olan məlumata əsasən, avqustun 22-nə keçən gecə, saat 02:40-da Rəşid Behbudov küçəsində yerləşən 50 saylı binadakı mənzillərdən birində yanğın baş verib. 

Əraziyə yanğınsöndürənlər və hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər. Hadisə nəticəsində ikinəfərlik yataq yanıb, üç nəfər tüstüdən zəhərlənərək Toksikologiya Mərkəzinə yerləşdirilib.
Yanğın söndürülüb, lakin araşdırma zamanı maraqlı detallar ortaya çıxıb.

Məlum olub ki, adıçəkilən mənzil "Fayton" turizm şirkətinin sahibi olan İran vətəndaşı Fərranə Fərhad tərəfindən icarəyə götürülərək BƏƏ-dən gələn turistlər - 1992-ci il təvəllüdlü Məhəmməd Obaid Ələnazi və Nəval Dəqhir Ələnazinin istifadəsinə verilib.
Əylənmək istəyən turistlər Lənkəran rayon sakini, 28 yaşlı A.Q-ni mənzilə dəvət ediblər.

Romantik ab-hava qatmaq fikri hansının ağlına gəldiyi artıq önəmli deyil. Nəticədə gənclər elə yataqdaca şam yandırmaq qərarına gəliblər. Lakin hadisələr heç də plan üzrə getməyib. Şam yatağın yanmasına səbəb olub və alov otağı bürüyüb. 
Bir sözlə, ərəblərin bəxti gətirməyib və arzuları ürəklərində qalıb.
Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol