• $
  • €
  • ₽
  • ₺
  • £

Mərdəkanda cinayət: 46 yaşlı ər 70 yaşlı arvadını qısqandı, ev sahibini öldürdü

Mərdəkanda cinayət: 46 yaşlı ər 70 yaşlı arvadını qısqandı, ev sahibini öldürdü
25.08.2019 09:30
Xəzər rayonunda bağban işlədiyi bağ evinin sahibini xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Ruslan İlyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Anews.az ölkə.az-a istinadən bildirir ki,cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin aprel ayında baş verib. İttihama görə, 46 yaşlı Ruslan İlyasov Mərdəkan qəsəbəsində bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi balta ilə qətlə yetirib. 
Daha sonra Ruslan İlyasov polisə zəng edərək, qətl törətdiyini bildirib. R.İlyasov polis əməkdaşlarının narahat olmamasını istəyib, ən qısa zamanda öz xoşu ilə bölməyə gələcəyini vurğulayıb. İstintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gələn zaman İlyasov orada olmayıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan İlyasov dindirilən zaman Musayevi qısqanclıq zəminində qətlə yetirdiyini açıqlayıb. O bildirib ki, Musayevin onun həyat yoldaşına gözü düşüb və ona sataşıb.

Ruslan İlyasovun həyat yoldaşının 70-dən çox yaşının olduğu faktını nəzərə alan polis əməkdaşları bu ifadənin inandırıcı olmadığından şübhələniblər. R.İlyasova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib.
İlyasovun bundan əvvəl qəsdən adam öldürmə maddəsi ilə məhkumluğu olub, onu təhqir edən şəxsi doğrayıb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol