• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tanınmış jurnalisti döydülər - FOTO

Bakıda tanınmış jurnalisti döydülər - FOTO
26.08.2019 11:33
Tanınmış jurnalist Zülfüqar Xeyirxəbər dünən axşam saat 19:30 radələrində öz avtomobili ilə Mərdəkandan Bakı istiqamətində hərəkət edərkən 99 AD 149 dövlət nömrə nişanlı ağ rəngli "Daewoo" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib və baş verən mübahisə zəminində jurnalistə bədən xəsarəti yetirib.


Anews.az xəbər verir ki, hadisə barədə Musavat.com-a məlumat verən jurnalist bildirib ki, o həmin avtomobilin sürücüsünün yetirdiyi ciddi bədən xəsarətləri ilə bağlı 3 saylı xəstəxanaya müraciət edərək, ilkin tibbi yardım alıb və daha sonra evə buraxılıb. 


Z.Xeyirxəbər hadisə ilə bağlı DİN-nin 102 qaynar xəttinə dərhal məlumat verib.


Jurnalist əməkdaşımızla söhbətində başına gələn hadisənin təfərrüatını danışıb: "Düzü, hadisənin səbəbi mənə də qaranlıq qaldı. Sağ zolaqda hərəkət edirdim. Sol iki zolaq boş olduğu halda arxadan uzun-uzadı siqnal verməyə, işıqları yandırıb-söndürməyə başladı. Əlimlə işarə elədim ki nə lazımdır. Sürətini artırıb sola keçdi, söyüş söydü. Dayanmağımı tələb elədi. Əhəmiyyət vermədim. Ciddi təhlükə törətməyə başladı. Dayanmağa məcbur oldum. Düşdü, yaxınlaşdı, söyüş söydü, maşından düşdüm. Vuracağını gözləmirdim, düzü,. Qəfil zərbə endirdi. Deyəsən, barmağında üzük olub. Ciddi zədələr var. Sol gözüm şişib, burnumun üstündə çapıqlar var".


Ümid edirik ki, hadisənin motivi nə olmasından asılı olmayaraq, vətəndaşa bədən xəsarəti yetirmiş sürücü tapılıb cəzalandırılacaq.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol