• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkir SES təmir olunur

Şəmkir SES təmir olunur
26.08.2019 22:00
"Azərenerji” ASC "Şəmkir” SES-də təmir-bərpa işləri həyata keçirir.

ASC-dən Publika.az-a verilən məlumata görə, ötən ilin payızından başlayaraq "Reabilitasiya Proqramı” çərçivəsində bu stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla itirilmiş güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb.

"Hazırda əsas diqqət "Şəmkir” SES-in su tullayıcı qurğusuna yönəlib. Çünki 1983-cü ildə stansiya istismara veriləndən sonra su tullayıcı qurğuda heç bir təmir işləri aparılmayıb. Ona görə də bu qurğunun döşəməsində, tavanında, orta aşrımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəlib. Qurğuda su sızmalarının qarşısını almaq üçün yerli və xaricdən dəvət edilən mütəxəssislərin iştirakı ilə layihə hazırlanır və yaxın vaxtlarda əsaslı təmir işlərinə başlanacaq”, - deyə məlumatda bildirilir.

Eyni zamanda planlaşdırılan işlər çərçivəsində "Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, hidroaqreqat generatorların təsirlənmə sistemlərinin, idarəetmə mərkəzinin, SCADA dispetçer idarəetmə sisteminin, tezliyin və aktiv gücün avtomatik tənzimlənməsi sisteminin yenidən qurulması nəzərdə tutulub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol