• $
  • €
  • ₽
  • ₺
  • £

Qusarda dindar oğru dəstəsi tutuldu - FOTOLAR

Qusarda dindar oğru dəstəsi tutuldu - FOTOLAR
27.08.2014 13:03
Qusarda sakinlərin qorxulu yuxularına çevrilən dəstə üzvləri tutulub.ANS PRESS-in verdiyi məlumata görə, Qayakənd sakini Bəxtiyar Qəribov həmkəndliləri Osman Qəribov və Sərxan Manafovla birgə Aladaş kəndində Sərhəd İsabalayeva məxsus tövlədən hər birinin dəyəri 160 manat olan 8 baş qoyunu oğurlayıb.Daha sonra Xuray kəndi ərazisində Həsən Sadıqova məxsus iaşə obyektində 900 manat məbləğində 1 ədəd generator, 1 ədəd samovar, 1 ədəd dəmir giriş qapısını oğurlayıb. Bəxtiyar Qəribov üçüncü oğurluğu da həmkəndlisi Sərxan Qəribovla birgə edib.Qusar Rayon Polis Şöbəsinin müstəntiqi Elgiz Məmmədovun verdiyi məlumata görə, saxlanılan Bəxtiyar Qəribov rayon ərazisində digər oğurluqlar da törədib.“Bundan başqa, Bəxtiyar Qəribov təkrarən 2014-cü il avqustun 1-2-nə keçən gecə Sərxan Manafov və digər şəxslərlə qabaqcadan əlbir olaraq, bir qrup təşkil edib. Onlar Qusarın Cağar kəndində Məsumə Həsənovaya aid tövləyə daxil olub, oradan 3 baş qoyunu gizli yolla oğurlayıblar. Hazırda istintaq digər şəxslərin müəyyən edilməsi və istintağa cəlb olunması istiqamətində əməliyyat istintaq tədbirlərini davam etdirir”, - deyə Elgiz Məmmədov bildirib.Qeyd edək ki, saxlanılan hər 3 şəxs ibadətlə məşğul olan insandır. Onlar oğurluğun din aləmində haram sayıldığını söyləsələr də, özgə malına əl uzatdıqlarını gizlətməyiblər. Saxlanılan Osman Qəribov yalnız Aladaş kəndindəki oğurluqda iştirak etdiyini, ora getmək üçün Bəxtiyarın iftara getmək adı ilə ona maşın sürdürdüyünü bildirib: "Əvvəlcə bu oğurluqdan xəbərim yox idi. Mən ora iftar adı ilə getmişdim. Quzunu orada mənə iftardan sonra verdilər. Mənə sonra dedilər ki, oğurluqdu”.Hazırda Qusar polisi dəstənin digər üzvlərinin axtarışlarını davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol