• $
  • €
  • ₽
  • ₺
  • £

Tanınmış jurnalistin qızına qarşı Bakıda dələduzluq - 20 ailə də zərər çəkib

Tanınmış jurnalistin qızına qarşı Bakıda dələduzluq - 20 ailə də zərər çəkib
29.05.2020 07:35
InTravel Az şirkəti 20-dən çox ailəyə Antaliyada istirahət adı ilə saxta tur-paket "sırıyıb”.
 

Anews.az BakuPost-a istinadan xəbər verir ki, fırıldağın üstü hava limanında açılıb. Məlum olub ki, nə bilet var, nə otel. Bu barədə fırıldağın "qurban”larından biri Leyla Məmmədli Sadıqzadə sosial şəbəkədə məlumat yayıb: "Dostlar, başıma belə bir hadisə gəldiyi üçün şokdayam. Sizinlə paylaşmaq istədim ki, mənim kimi tələyə düşməyəsiniz. Mən ailəmlə - uşaq, yoldaşım, anam, qardaşım və s. bu gün səhər Antalyaya uçmalıydıq. InTravel Az-dan tam ödəniş edərək möhürü, imzası, çeki olan sənədlə, guya, tur-paket almışdıq. Səhər hava limanında anlaşılıb ki, nə bilet var, nə otel”. 


Leyla Məmmədli Sadıqzadə bildirib ki, onlar kimi 20-dən çox ailə də bu dələduzluqla üzləşib. Onlar məsələnin qanun yolu ilə həllinə çalışacaqlar: "Təbii ki, qanun qarşısında cavab verəcəklər. Təbii ki, pulumuzu geri alacağıq. Ancaq mənim və ailəmin yaşadığı stresin bədəlini heç kəs ödəyə bilməyəcək. Başqalarının pullarını öz şəxsi mənafelərinə görə mənimsəyən dələduzlardan heç nə almayın. Belə yalançı travel şirkətləri bağlanmalıdır. Əminəm ki, hüquq mühafizə orqanları məsələ ilə bağlı ən qısa zamanda tədbir görəcək”
 
Qeyd edək ki, Leyla Məmmədli Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində İnformasiya Təminatı şöbəsinin müdiri, Azərbaycan Mətbuat Şurasının üzvü, tanınmış jurnalist Yadigar Məmmədlinin qızıdır.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol