Azercell-in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

Azərbaycanın lider mobil operatoru Azercell Telekom-un iyul ayından başlayaraq "Rəqəmsal
Dünya Bölgələrdə” şüarı altında ölkəmizin müxtəlif regionlarında həyata
keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da qədim paytaxtımız Gəncə şəhərindən
yayımladı.
Xatırladaq
ki, bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan Azercell Telekom özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son
yarım ildə ölkə əhalisini əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə
61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE
yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı
və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in 4G şəbəkəsinin
əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.
Əsas hədəfi fəaliyyət göstərdiyi
sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan Azercell Telekom
iyul ayının 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur,
Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki,
Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax,
Tovuz, Şəmkir bölgələrində baş tutan "Rəqəmsal Dünya Bölgələrdə” layihəsi
çərçivəsində keçirilən tədbirlərdə 130 000-ə yaxın insanı bir araya topladı .
Digər bölgələrdə olduğu kimi, Gəncədə
də keçirilən əyləncəli tədbir öz ətrafına 20 000-dən çox şəhər sakinini
topladı. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir
interaktiv əyləncələr və intellektual oyunlar geniş yer aldı. Bununla yanaşı,
budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, "CustomAR” şirkətindən
Fərid Davudov "Yüksəklik” oyunu ilə qatıldı . Təşkil edilən müsabiqə və
oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr təqdim edildi.
Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji
yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıdı.
Qeyd edək ki, axşam saatlarında
keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, bu səfər də cəmiyyətə qayğı
və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə
yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə
şəhər Uşaq Evinin sakinlərini əhatə etdi. Belə ki, Azercell-in dəstəyilə fəaliyyət
göstərən "Mobil Göz” və "Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən
çox uşağı müayinədən keçirmiş və ilkin müalicələr aparmışlar. Kəndin balaca
sakinlərinə, həmçinin, Azercell-dən məktəb ləvazimatları və hədiyyələr də
paylanmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf"
İctimai Birliyi ilə birgə Azercell-in nümayəndə heyəti, həm də, Gəncədə məskunlaşan
Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət etmiş, onlara
da öz hədiyyələrini təqdim etmişdir. Layihənin sosial məsuliyyət təşəbbüsləri Gəncədə
yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb
ləvazimatları ilə sevindirdi.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























