Bakı metrosunda qadınların davası

Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb
Bu gün “Nərimanov” metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar.
ANS PRESS-in məlumatına görə, milli.az-ın əməkdaşı bildirib ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb.
Bu zərərçəkənin xoşuna gəlməyib və başlayıb qışqırmağa. Qadın qarşıdakı xanımı təhqir etməyə başlayıb.
“Heyvan” sözünü eşidən digər xanım da dözməyib, zərərçəkənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib. Qadınları aralasalar da, təhqir edən xanım “Gənclik” metrosunadək susmayıb.
“Gənclik” metrosunada qadınlardan biri qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























