BŞİH ictimai çimərliklərlə bağlı məlumat yayıb

Son bir neçə gündə bəzi KİV-lərdə yeni yaradılmış ictimai çimərliklərdəki vəziyyətlə bağlı həqiqətəuyğun olmayan xəbərlər verilib.
Bildirilib ki, Bakı şəhərində Səbail rayonu "Şıx” ərazisində, Xəzər rayonu Buzovna və Binəqədi rayonu Görədil qəsəbələrində IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yeni yaradılmış ictimai çimərliklər pulsuzdur. Çimərliklərdə sanitar vəziyyətin lazımi səviyyədə saxlanılması və təmizlik işlərinin aparılması üçün xidmət personalı fəaliyyət göstərir və bura nəzarətdə saxlanılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























