• $
  • €
  • ₽
  • ₺
  • £

Avtobusda "namus davası" düşdü - Bakıda

Avtobusda "namus davası" düşdü - Bakıda
27.08.2014 09:30
Biləcəri qəsəbəsi istiqamətinə hərəkət edən 202 saylı sərnişin avtobusunda qalmaqal qopubÖtən gün saat 22 radələrində Bakının Binəqədi rayonu ərazisində sərnişin avtobusunda qalmaqal qopub. ANS PRESS-in məlumatına görə, qalmaqal “Nəriman Nərimanov” metrosundan Biləcəri qəsəbəsi istiqamətinə hərəkət edən 202 saylı sərnişin avtobusunda baş verib.Belə ki, avtobus Rəsulzadə qəsəbəsindən Biləcəri istiqamətinə hərəkətdə olarkən, avtobusda ayaq üstə dayanan, yaşı təxminən 35 olan qadın qəfil çönərək yaxınlığında dayanmış, yaşı 60-65 olan ağsaçlı kişini qəfil itələdi.Qadının qəfil hərəkəti avtobusda olan hər kəsi çaşdırdı. Qadın sonra başladı kişinin üstünə qışqırmağa: “Utanmırsan, qızın yaşda xanımam. Mənə arxadan əllə təcavüz edirsən. Öləsən, sənin yaşda atam ölüb, sən hələ də yaşayırsan”.Xanımın sözündən sonra kişinin halı pisləşdi. Yaşlı adam yalnız “Xanım, Allah şahiddir ki, sizə heç toxunmamışam da”, - deyə bilib.Halı pisləşən kişiyə sərnişinlər birtəhər yardım edərək oturdublar. Onun sinəsinə və üzünə su səpiblər. Avtobusda olanlardan biri bildirdi ki, həmin kişini tanıyır. O, əslə belə hərəkət edə biləcək adam deyil. Sonradan məlum olub ki, həmin yaşlı adam ürək xəstəsiymiş.Növbəti dayanacaqda kişini ittiham edən qadın düşüb getdi. Lakin yaşlı kişi hələ də özünə gələ bilməmişdi.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol