Sünnət toyunda zəhərlənənlərin 10-u uşaqdır - RƏSMİ
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri İsmayıllıda kütləvi zəhərlənmə faktı ilə əlaqədar birgə məlumat yayıblar.
Rayon Polis Şöbəsi və prokurorluğunun, eləcə də, Qida Təhlükəsizliyi Agentliyinin Şamaxı Regional bölməsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, nümunələr götürülərək laborator müayinəsinə göndərilib.
İş üzrə insanların zəhərlənmə səbəblərinin və digər halların müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə Qida Təhlükəsizlik Agentliyinin mütəxəsisləri cəlb edilməklə təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq hərəkətləri davam etdirilir.
www.anews.az
Anews.az-a daxil olan birgə məlumatda bildirilir ki, avqustun 27-də İsmayıllı rayonunun Qəzli qəsəbə sakini Müşfiq Hüseynov yaşadığı evin həyətində oğlu üçün təşkil etdiyi kiçik toy məclisində iştirak edən şəxslərdən 33 nəfəri (13-ü qadın, 10-u yetkinlik yaşına çatmayan) qida zəhərlənməsi diaqnozu ilə müalicə müəssisələrinə müraciət ediblər.
Faktla bağlı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (bilə-bilə pis keyfiyyətli məhsulların istehsalı, satışa buraxılması və ya belə məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırmalarla müəyyən olunub ki, səhhətləri pisləşmiş şəxslər dərhal rayon mərkəzi xəstəxanasına müraciət edib və ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























