• $
  • €
  • ₽
  • ₺
  • £

Narkotik vasitələr satan Binəqədi sakini SAXLANILDI

Narkotik vasitələr satan Binəqədi sakini SAXLANILDI
29.08.2019 11:00
Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.


Bakı şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətindən Anews.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 1985-ci il təvəllüdlü Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, əvvəllər məhkum olunmayan İsayev Ceyhun Fikrət müəyyən olunaraq tutulub.


Şübhəli şəxs Binəqədi şossesi DSK adlanan ərazidə saxlanılan zaman üzərində olan çantadan ayrı-ayrı bükümlərdə - hər birində 495 qram, digərində 510 qram olan metamfetamin, 763 ədəd yaşıl rəngli ümumi çəkisi 160,23 qram olan tablet metilendioksimetamfetamin, ekstazı və 1004 ədəd ümumi çəkisi 210,84 qram olan çəhrayı rəngli metilendioksimetamfetamin, ekstazı aşkar olunub.


F.İsayev ilkin izahatında narkotik vasitəni iki gün əvvəl Baksol yolu adlanan ərazidə tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığını bildirib.


Faktla bağlı Binəqədi RP İstintaq Şöbəsində CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılaraq, digər zəruri istintaq hərəkətləri davam etdirilir. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol