Bank rəhbəri və məşqçiyə ağır cəza verildi

İmişlidə mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Əlizamin Şükürov, Samir İsmayılov, Pərvin Həşimov, Pərviz Hacıyev, Nicat Cəfərov, Elvin Feziyev, Məmməd Abbasov, Anar Cəfərzadə, Elvin İbişov və Elşad Tağıyevin barələrində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib, dövlət ittihamçısının apellyasiya protesti isə təmin olunub.
Belə ki, birinci instansiya məhkəməsinin S.İsayev və A.Cəfərzadə ilə bağlı çıxardığı hökm dəyişdirilib.
S.İsayevin 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası 3 ilə qaldırılıb. A.Cəfərzadənin qazancından 15 % dövlət nəfinə tutulmaqla ona 1 il islah işləri cəzası təyin olunub. O, təyin olunmuş islah işləri cəzasını iş yeri üzrə çəkməli və cəza çəkmə müddətinin əvvəli qazancından ilk məblğin dövlət nəfinə tulduğu andan hesablanıb.
Bundan başqa, Ə.Şükürov həmin bakın İmişli filialının zərgəri vəzifəsində işləmiş P.Hacıyevlə birgə qabaqcadan əlbir olub, ümumilikdə 3 nəfər fiziki şəxsin adına kredit müqavilələri üzrə filialın xəzinəsindən məxaric edilmiş 50 297 manat manat pul vəsaitini adlarına kredit rəsmiləşdirib.
Həmçinin, Ə.Şükürov tanışı, "Turan” futbol klubunun 12 yaşlılardan ibarət komandasının məşqçisi vəzifəsində işləmiş S.İsmayılovun köməkliyi ilə, yəni onun banka gətirdiyi ayrı-ayrı adamların, ümumilikdə 53 nəfər fiziki şəxsin adına olan 56 ədəd kredit qovluğu üzrə filialın xəzinəsindən məxaric edilmiş 454 365 manat pul vəsaitini də mənimsəyiblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Şükürov 7 il, S.İsmayılov 2 il müddətinə azadlıqdan məhrum edilib. Digər şəxslərə isə şərti cəza verilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























