• $
  • €
  • ₽
  • ₺
  • £

Dünya 50 il sonra necə görünəcək: Sualtı yollar, kosmosda məzuniyyət…

Dünya 50 il sonra necə görünəcək: Sualtı yollar, kosmosda məzuniyyət…
29.08.2019 21:37
"Sualtı yollar, uçan skeytlərlə yarışlar, kosmosda məzuniyyət – 50 il sonra bunlar adi şeylər olacaq”, – "The Daily Mail” belə yazır. Qəzet texnologiyanın gələcəyini bu cür görür.
Bizimyol.info xəbər verir ki, "The Daily Mail” dünyanın 50 il sonrakı mənzərəsi haqda yazıb. Proqnozlar arasında insan orqanlarının kütləvi istehsalı da var. Qəzet "Samsung”un sifarişi ilə elm adamlarının hazırladığı hesabata istinad etdiyini bildirir.
"Samsung”un hesabatına görə, artıq 2069-cu ildə Böyük Britaniyadan Avropaya və digər bölgələrə boruşəkilli sualtı ictimai nəqliyyat olacaq. Sərnişinləri yüksəksürətli konteynerlər daşıyacaq. Bir çox ölkələr arasında məsafə bir neçə saata enəcək.
Gözləntilərdən biri də şəhər nəqliyyatı ilə bağlıdır. Tıxacları aradan qaldırmaq üçün uçan taksilər və avtobuslar dövriyyəyə buraxılacaq. Yüksək atmosfer qatlarında uçacaq raketlərin insanları Londondan Nyu-Yorka yarım saata çatdıracağı gözlənilir.
Hesabatı hazırlayanlar britaniyalılardan arzularıyla bağlı sorğu da götürüb. Fikri soruşulanların 63 faizi evi təmizləyən robotlar olmasını istəyib. Bundan başqa, insan orqanizminə nəzarət edəcək implatantlar və uşan taksilər, avtobuslar daha çox arzulanır.
"The Daily Mail” yazının sonunda gözlənilən yenilikləri rəqəmlərlə sıralayıb: 1. Yuxarıda qeyd olunan sualtı ictimai nəqliyyat. 2. Yeraltı göydələnlər. 3. Öz-özünə təmizlənən evlər. 4. Məzuniyyəti keçirmək üçün kosmik otellər. 5. 3D-orqanlar. 6. Həşəratlardan hazırlanan ucuz hamburgerlər. 7. Uçan avtobuslar və taksilər. 8. Orqanizmə nəzarət mexanizminə çevriləcək implatantlar. 9. Uçan skeytlərlə yarış. 10. Fiziki iştirak edə biləcəyimiz interaktiv filmlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol