• $
  • €
  • ₽
  • ₺
  • £

Saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət

Saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət
26.08.2014 12:49
”Yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır”
"Bakı Tikiş Evi” (BTE) saxta məktəbli geyimləri ilə bağlı valideynlərə müraciət edib. BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov APA-ya açıqlamasında deyib ki, bu gün bütün yarmarkalarda mənşəyi bilinməyən, sertifikatı olmayan, zirzəmidə tikilən məktəbli geyimləri satılır. Onun sözlərinə görə, bu da uşaqlarda müxtəlif allergiya və digər fəsadlara səbəb olur: ”Bu düzgün deyil, cinayətdir. Hər kəs istəyir ki, uşaqlara gigiyenik, uyğunluk sertifikatı olan paltarlar geyindirsin. Ona görə də uşaqların sağlamlığını nəzərədə alaraq, valideynlər saxta geyimlər almaqdan çəkindirməyə çağırırıq. Saxta geyimlərlə bağlı mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciətlər edilir”.
 
E.Əzimov qeyd edib ki, hazırda Bakıda "Bakı Tikiş Evi”nin 19 satış mərkəzi fəaliyyət göstərir. Bu il Lökbatan qəsəbəsində yeni mərkəzin açıdığını deyən şöbə rəisi bildirib ki, Bakının digər qəsəbələrində - Qaradağ, Yeni Sahil, Pirküşkül, Buzonva, Binə və digər kənar ərazilərdəki vətəndaşlar da satış mərkəzlərindən rahatıqla məktəbli geyimini ala bilərlər.
 
O vurğulayıb ki, bu il məktəbli geyimlərinin qiymətində dəyişiklik yoxdur: ”26 ölçüdən 54 ölçüyə kimi məktəbli formaları var.  I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə və VII-XI sinif şagirdləri üçün 34-54 ölçüdədir. Məktəbli formalarının qiymətlərinə gəlincə bu, ölçülərə görə dəyişir. Belə ki, I-VI sinif şagirdləri üçün 26-44 ölçüdə dəstin qiyməti 40 manat,  VII-XI siniflər üçün isə 34-54 ölçüdə 52 manatdır”. 
ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol