• $
  • €
  • ₽
  • ₺
  • £

Gədəbəydə 63 yaşlı kişi ana və oğlunu bu səbəbə görə güllələyib - TƏFƏRRÜAT

Gədəbəydə 63 yaşlı kişi ana və oğlunu bu səbəbə görə güllələyib - TƏFƏRRÜAT
02.09.2019 12:44
Xəbər verdiyimiz kimi  Gədəbəy rayonu 63 yaşlı kişi qohumu və oğlunu "İJ-16” markalı ov tüfəngi ilə güllələyib.
Anews.az bildirir ki, Unikal.org hadisənin təfərrüatlarını öyrənib.

Hər iki ailə arasında torpaq üstündə münaqişə olub. Belə ki, 1956-ci il təvəllüdlü Həsənov Əmiraslan Məqsəd oğlunun həyat yoldaşının valideynləri dünyasını dəyişəndən sonra hər iki tərəf arasında əmlak uğrunda münaqişə yaranıb. Həmin əmlak 25 sot torpaq sahəsindən və evdən ibarət olub. Sonradan Ə.Həsənov məhkəməyə müraciət edib. Məhkəmə 25 sot torpaq sahəsinin mülkiyyət hüququnu ona verib. Evin sənədi olmadığı üçün mülkün kimə məxsus olduğu müəyyənləşdirilməyib. Həmin evdə Əmiraslanın dünyasını dəyişən qayınının həyat yoldaşı Əliyeva İradə və onun iki qızı yaşayırmış. Ə.Həsənov onları evdən çıxarmaq istəyib. Buna görə də tərəflər arasında mülki mübahisə yaranıb. Bu zaman o, tüfəngdən açdığı atəşlə kənd sakini olan qohumu 1985-ci il təvəllüdlü   Vəliyeva Rüxsarə Məmməd qızına  qolundan, onun 2004-cü il təvəllüdlü oğlu Əliyev Vüqar Aqşin oğlunu  isə ayaq nahiyəsindən xəsarət yetirib.
 
Ə.Həsənov sonradan R.Vəliyevaya məxsus 2 mərtəbəli evə neft tökərək yandırıb. Nəticədə oradakı əşyalar, habelə 20 kvm. sahədə dam örtüyü yanıb. Alov yanğınsöndürmə briqadalarının və kənd sakinlərinin köməyi ilə söndürülüb.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol