• $
  • €
  • ₽
  • ₺
  • £

Generalın qohumunu məmur oğlu öldürüb? - Yeni FAKT ORTAYA ÇIXDI

Generalın qohumunu məmur oğlu öldürüb? - Yeni FAKT ORTAYA ÇIXDI
29.05.2020 00:31
Avqustun 31-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qaynının oğlu 35 yaşlı Fərid Məmmədzadənin öldürülməsi ilə bağlı yeni fakt ortaya çıxıb.

Anews.az Axar.az az-a istinadan xəbər verir ki, "Hürriyyət” qətli törədən şəxslərdən biri və hazırda şübhəli qismində saxlanılan C.Cavadlının Ağsunun keçmiş deputatı, Ərəstun Cavadovun Niyazi adlı qardaşının övladı olduğunu yazıb. Qəzet eyni zamanda Niyazi Cavadovun Ərəbmehdibəyli kəndinin bələdiyyə sədri olduğunu qeyd edib.

Sabiq millət vəkili, Mərkəzin Univermağın rəhbəri Ərəstun Cavadov Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib. Belə ki, o, hadisədən xəbərsiz olduğunu bildirib:
"Bakıda deyildim, yeni qayıtmışam, heç nədən xəbərim yoxdur”.
Qeyd edək ki, hadisə maşına yol verməmək üstündə baş verib.
Məlumata görə, H.Babaverdiyev avtomobil ilə H.Zərdabi küçəsində hərəkətdə olarkən qarşısında gedən maşının sürücüsü F.Məmmədovdan ona yol verməsini istəyib. Bunun üstündə tərəflər arasında mübahisə düşüb və nəticədə H.Babaverdiyev F.Məmmədzadəni bıçaqlayıb. Şübhəli bilinən Bakı şəhər sakini H.Babaverdiyevlə yanaşı, C.Cavadlı və R.Bünyatzadənin də saxlanıldığı bildirilir.

Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol