Bakı Şəhər İcra Hakimi 5 il müddətinə həbs oluna bilər – Vəkildən açıqlama

"Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məhkəmə qərarlarını icra etmir”.
Vəkil deyib ki, E.Əzizov sələfi Hacıbala Abutalov kimi dövlət adına çıxarılan qərarları icra etməkdən imtina edir: "7-8 il öncə çıxarılan məhkmə qərarları icra olunmur. E.Əzizov sələfindən fərqli olmadığını, yəni yüksək iş qabiliyyətli olmadığını, qanunların icra edilməsinə diqqətli yanaşmadığını göstərir”.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə, iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























