• $
  • €
  • ₽
  • ₺
  • £

Hər səhər yataqdan qalxmağa özünü necə vadar etməli?

Hər səhər yataqdan qalxmağa özünü necə vadar etməli?
26.08.2014 09:15
Roma imperatoru gündəlik planlaşdırılmamış işlərinə başlamaq üçün hər gün öz-özü ilə dialoq qururmuş.Roma imperatoru Mark Avreli "Düşüncələr" kitabında sübh çağı kral çarpayısında özü ilə apardığı daxili dialoqlarını təsvir edir. Burada bir fikrə xüsusi diqqət yetirilir. Hakimiyyətin ən güclüsü - öz emosiyların üzərində hökmranlıqdır.Hər dəfə zəngli saatın əqrəblərini daha on dəqiqə əvvələ çəkmək istəyəndə Mark Avrelinin sözlərini xatırlayın: "Sübh tezdən yataqdan qalxmaq çətin olanda özünüzə deyin: "Mən bir insani varlıq olaraq işə getməliyəm". Uğrunda doğulduğum işi görməliyəmsə, niyə şikayətlənirəm. Yoxsa mən bunun üçün bu dünyaya gəlmişəm? Yorğanın altında xumarlanmaq üçünmü?"- Axı bu yaxşıdır...- Yəni siz özünüzü "yaxşı" hiss etmək üçün doğulmusunuz? Nə isə bir iş görrmək əvəzinə? Məgər siz görmürsünüz ki, bitkilər, quşlar, qarışqalar, hörümçəklər, arılar bütün günü vurnuxurlar və dünyada bir nizam yaratmaq istəyirlər. Siz isə bir insan kimi öhdənizə düşəni etmək istəmirsiniz? Nə üçün təbiətin sizə bəxş etdiyi imkanlarınızdan istifadə etməyəsiniz?- Ancaq biz hərdən yatmalıyıq da...- Razıyam. Ancaq təbiət yemək-içmək kimi buna da bir hədd qoyub. Siz isə limiti aşırsınız. Sizdə hər şey lazım olduğundan artıqdır, ancaq iş planında hələ ki, geridə qalırsınız. Özünüzü çox istəmirsiniz? Gördüyü işi sevən insanlar hətta yemək-içməyi də unudurlar.

Mark Avreli 161-ci ildən 180-ci ilədək hakimiyyətdə olub və ömrünün son on ilində "Düşüncələr"i qələmə alıb. Yeni araşdırmalara görə, Mark Avrelinin "öz-özü ilə danışmaq" metodu, xüsusilə də, "sən", "siz" əvəzliklərindən istifadə etməsi effektli strategiya hesab olunur. Tədqiqatçılar güman edirlər ki, bu, insana başqalarının dəstəyini xatırladır, xüsusilə də uşaq yaşlarında... Ona görə də günə başlayanda Mark Avrelinin sizlərə ünvnlanmış tövsiyələrini yada salın. Ümidvarıq ki, karınıza gələr.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol