Parlamentdə uşaq pulunun 6 yaşadək uşaqlara verilməsi təklif ediləcək

Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasında uşaq pulunun bərpası ilə bağlı məsələ qaldıracaq.
"Mən uşaq pulu ilə bağlı təkliflərimi ardıcıl şəkildə səsləndirəcəyəm ki, qəbul olunsun", - millət vəkili bildirib.
F.Mustafa əlavə edib ki, uşaq pulunun hələlik 6 yaşa qədər olan uşaqlara verilməsini təklif edəcək.
Bu istiqamətdə müzakirələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə aparılır.
www.anews.az
Bu barədə Oxu.Az-a F.Mustafanın özü məlumat verib.
F.Mustafa əlavə edib ki, uşaq pulunun hələlik 6 yaşa qədər olan uşaqlara verilməsini təklif edəcək.
Xatırladaq ki, bir müddət bundan əvvəl Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov uşaq pulu ilə bağlı müzakirə aparıldığını demişdi.
Onun fikrincə, uşaq pulu ilə bağlı elə bir forma müəyyənləşdirmək lazımdır ki, uşaqların zəruri tələbatlarını qaşılaya bilsin, eyni zamanda, ailənin maddi yükünü azaltsın.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























