• $
  • €
  • ₽
  • ₺
  • £

Qardaşını toyuq üstündə öldürən şəxsə cəza istəniləcək

Qardaşını toyuq üstündə öldürən şəxsə cəza istəniləcək
04.09.2019 16:43
Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirli bilinən Ağamalı Xaləddin oğlu Kərimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Anews.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib. Söz ittiham nitqini söyləməsi üçün prokurora verilib.
Lakin prokuror çıxışa hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib. 

Buna görə proses sentyabrın 6-dək təxirə salınıb. 
Qeyd edək ki, ağır cinayət 2018-ci ilin oktyabr ayında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsi "Zeytun sovxozu" adlanan ərazidəki həyət evində baş verib. 19 yaşlı A.Kərimov özündən bir yaş böyük qardaşı Ədil Kərimovla yaşadıqları evdə anasının yanında mübahisə edib. Mübahisə zamanı A.Kərimov qardaşına kürək nahiyəsindən bir bıçaq zərbəsi vurub. Çoxlu qan itirdiyindən Ə.Kərimov elə hadisə yerindəcə ölüb.

Dərhal mərhumun anası qonşulara və polisə məlumat verib. Hadisə yerinə rayon prokurorluğunun və ərazi üzrə 30-cu Polis şöbəsinin əməkdaşları gəlib. Meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb. Araşdırma zamanı məlum olub ki, Ə.Kərimovun kürək nahiyəsindən döş qəfəsinə daxil olan kəsici alət ürəyini zədələyərək onun ölümünə səbəb olub.

Polis əməkdaşları hadisədən sonra əməliyyat-axtarış tədbirləri ilə A.Kərimovu saxlayıblar. İlkin ifadəsində o, qardaşı ilə toyuqlar üstündə mübahisə etdiyini və hadisənin də bu zaman baş verdiyini etiraf edib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol