• $
  • €
  • ₽
  • ₺
  • £

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun

Komitə sədrindən çoxuşaqlı ailələrlə bağlı TƏKLİF - Uşaq sayı beş deyil, dörd olsun
05.09.2019 16:17
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin 2019-cu il payız sessiyasında sosial sahə üzrə qaldırılacaq məsələlər barədə danışıb.
H.Rəcəbli Oxu.Az-a açıqlamasında bildirib ki, Əmək və sosial siyasət komitəsi "Turizm haqqında" qanun layihəsini müzakirəyə çıxaracaq.
"Bundan başqa Prezident İlham Əliyevin parlamentə göndərdiyi bir sıra qanunlara əlavə və dəyişiklikləri müzakirə edəcəyik. Bütün bu müzakirələrin və dəyişikliklərin mahiyyətində əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ideyası dayanır", - deyə H.Rəcəbli əlavə edib.

Deputat 2020-ci ilin dövlət büdcəsindən də söz açıb. Onun sözlərinə görə, 2019-cu ildə minimum əməkhaqqının, minimum pensiyaların artması gələn ilin büdcəsində də sosial yönümlülüyü gücləndirəcək:
"Əvvəllər büdcənin 27-28 faizi sosial məqsədlərə gedirdisə, 2020-ci ildə bu rəqəm 35-37 faiz civarında olacaq. Hesablamalarımıza görə, bu məsələlərin reallaşması üçün beş milyard manat lazımdır. Bu da büdcənin əsasən sosial yönümlü olmasından xəbər verir”.
H.Rəcəbli uşaq pulunun bərpası ilə bağlı müzakirələrdən də danışıb. Milli Məclis üzvü bildirib ki, o, üç yaşa qədər uşaqlara uşaq pulunun verilməsinin tərəfdarıdır:
"Mən parlamentin iclaslarında dəfələrlə üç yaşadək uşaqlar üçün uşaq pulunun artırılması təkliflərini səsləndirmişəm".
Komitə sədri çoxuşaqlı ailələrlə bağlı kriteriyaların dəyişdirilməsi ilə bağlı təklif səsləndirəcəyini də bildirib:
"Bilirsiniz ki, cənab Prezident İlham Əliyev beşdən çox uşağı olan qadınlara verilən müavinətin məbləğinin artırılması haqqında sərəncam imzalayıb. Məlumdur ki, beşdən çox uşağı olan ailələr çoxuşaqlı ailə sayılır. Mən isə təklif edəcəyəm ki, dörd uşağı olan ailə çoxuşaqlı sayılsın".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol